Moldovada gərginlik artır – Sandu tərəfdarları Dodonun “başını” tələb edirlər

DÜNYA Hit
Spread the love

Moldovanın seçilmiş prezidenti Maya Sandu dekabrın 6-da Böyük Millət Məclisi meydanında növbədənkənar parlament seçkiləri və fəaliyyətdə olan dövlət başçısı İqor Ddonun lüstrasiyası tələbi ilə toplaşmış tərəfdarları qarşısında çıxış edib.

Qeyd edək ki, lüstrasiya hökumət rəsmilərinin hansısa rejim dəyişikliyindən sonrakı “təmizləmə” aktını və dövlət rəsmilərinin toplu olaraq işdən çıxarılmasını ifadə edir.

Sandunun fikrincə, indiki tərkibdə parlament anti-xalq qanunlar qəbul edir: «Oğrular məhbəsdə olmalıdırlar, parlamentdə yox!»

«Biz, illərlə küçələrə çıxdıq və oğrulara qarşı etiaz etdik. Onlar bizi dayandıra bilməzlər. Mən, bizə inandığınız üçün sizlərə təşəkkür edirəm. Biz birlikdə olmalıyıq. Mən sizdən təhlükəsizlik tədbirlərinə əməl etməyinizi istəyirəm. Bu, siyasi etiraz deyil. Bu, yaxşı həyat arzulayan insanların etirazıdır. Ölkə boğulur, o, inkişaf edə bilmir. Biz, növbədənkənar parlament seçkiləri təşkil etməliyik» – Sandu bəyan edib.

 

 

Tədbirdə toplaşmış 3 minə yaxın insan onu dətəkləyib və «Maya Sandu – bizim prezidentimiz», «Maya Sandu və xalq» şüarları sələndiriblər.

Tədbirdə Rumıniya və Avropa İttifaqı bayraqları, «Dodonun başını tələb edirik!» plakatı qaldırılıb.

Sandu İoan Kiku hökumətini istefaya çağırıb və bunu növbədənkənar parlament seçkiləri keçirilməsi üçün ən qısa yol adlandırıb. Onun sözlərinə görə, ölkəni sarmış korrupsiya hamı üçün təhlükədir və Moldova belə hakmiyyətlə inkişaf edə bilməz.

Mitinqdə Sandunun tərəfdaşı olan partiyaların rəhbərləri də iştirak ediblər.

Dunyaninsesi.info