Mingəçevirdə Qarabağ qaziləri ilə görüş keçirilib-FOTOLAR

HADİSƏ Hit
Spread the love

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mingəçevir şəhər şöbəsində yeni üzvlərin qəbulu və köhnə fəal veteranların təltifi ilə bağlı tədbir keçirilib.

Bu barədə AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov məlumat verib. O, bildirib ki, 100 nəfərdən artıq gənc döyüşçü Birliyin nizamnaməsinə uyğun olaraq üzvlüyə qəbul olunublar. Döyüş yolu keçmiş gənclərimizə tövsiyələr verib, onların problemləri ilə tanış olduq. Yaradılmış komissiyanın faktiki olaraq fəaliyyətsizliyindən ciddi narazılıq var. Müharibə veteranları bunun bir başa komissiya sədri ilə bağlı olmasıyla əlaqələndirirlər.

AVMVİB üzvləri olan fəal müharibə veteranları — Vüqar Abdullayev, Əli Abbasov, Natiq Hacıyev və Şahin Əliyev Birliyin təsis etdiyi Xatirə medallarıyla təltif olunublar.

Öz növbəsində həm gənc, həm də köhnə döyüşçülər göstərilən bu diqqət və qayğıya görə AVMVİB-yə , eyni zamanda şəhər şöbəsinin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.