Mingəçevirdə “kirvələr hakimiyyəti”nin “köçkünləri təmizləmə” kabusuna “dur” deyən tapılacaqmı?- Prezidentə şikayət olundu -VİDEO

Əsas Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

İlham İsmayılov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduğu gündən indiyə kimi adı müxtəlif qalmaqallarda hallanıb. Kür çayının içərisinin qanunsuz olaraq “arxalı” iş adamı “Sədərək Yusif”ə satması, 2013-cü ildə Prezidentin iştirakı ilə istifadəyə verilmiş “Dostluq” parkındakı açıq səhnəni sökdürərək yerində yenisini tikdirməsi(?), məcburi köçüknlərə qarşı aqressiv münasibəti,məcburi köçkün qadını etnik mənşəyinə görə təhqir etməsi, sahibkarların fəaliyyətinə manelər törətməsi, onun maraqlarına xidmət etməyən bəzi idarə rəhbərlərinə qarşı qərəzli münasibət sərgiləməsi adi hala çevirilib.
Mingəçevirdə özünə qısa zaman kəsiyində “kirvələr hakimiyyəti” yaradaraq indi də keçib 30 il çadrlarda qeyri- insani şəraitdə yaşayan köçkünlərin şəxsi vəsaiti hesabına tikilmiş olduğu evlərin sökülməsinə.
Bu cür hərəkətlərin cənab İlham İsmayılov tərəfindən sərgilənməsi Prezidentin daxili siyasətinə böyük zərbə deyilmi?
Hər bir dövlət məmuru bilməlidir ki, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin nəticəsidir ki, bu gün ölkəmizdə bir dənə də olsun çadır şəhərciyi qalmamış, bu insanların hamısı müasir tipli qəsəbələrə köçürülmüşlər.
Bildirək ki, 1993-cü ildən başlayaraq ulu öndər Heydər Əliyev bu istiqamətdə 81 Fərman və Sərəncam imzalamış, Nazirlər Kabineti 307 qərar vermiş, Milli Məclis 24 qanun qəbul etmişdir. 2003-2012-ci illərdə isə bu sahədə Prezident İlham Əliyev tərəfindən 49 Fərman və Sərəncam imzalanmışdır.
Amma ölkə başçısının bu istiqamətdə apardığı ardıcıl siyasətə zərbə vuran məmurlar da tapılır.
Dünynınsəsi.Az saytına Mingəçevir şəhərindən ŞOK MÜRACİƏT daxil olub.
İcra başçısı İlham İsmayılov Mingəçevir şəhərində yaşayan Kəlbəcər rayonunun Zar kənd sakini Süleymanov Tufan Əli oğlunun çobanlıqla, min bir zəhmət hesabına tikmiş olduğu şəxsi evi uçurtmaq istəyir.
Kəlbəcərli köçkünün Prezidentə ünvanladığı video-şikayəti təqdim edirik:

Dünyanınsəsi.Az