Mingəçevirdə İdarə rəisinin döyūlməsi ilə baģlı DİN-dən AÇIQLAMA

Manşet ÖLKƏ
Spread the love

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, qeyd olunan məsələ barədə Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət daxil olmayıb, lakin sosial şəbəkələrdə yayılan iddialarla bağlı araşdırmalara başlanılıb. Tofiq Əsgərov ilkin ifadəsində yıxılaraq xəsarət aldığını bildirib. Hazırda müvafiq ekspertiza təyin olunub və şöbənin Təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

DİN-nin operativ şəkildə məsələyə aydınlıq gətirməsi sözügedən nazirliyin mətbuatla işinin peşəkar səviyyədə qurulmasından xəbər verir. Ancaq ortaya bir neçə sual çıxır:
1. Əgər həqiqətən də,idarə rəisi Tofiq Əsgərov yıxılaraq xəsarət alıbsa,niyə xəstəxanaya müraciət etməyib? Yox,əgər edibsə,niyə xəstəxanada ona yardım göstərilməsindən boyun qaçırıb?
2. O zaman Tofiq Əsgərov niyə müraciət etdiyi və tibbi yardım aldığı xəstəxananın və ya klinikanın adını açıqlamır?
3. Aldığı xəsarətlə bağlı ona göstərilən tibbi yardım haqqında sənədi niyə mediaya təqdim etmir?
4. 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin binasında yerləşən müşahidə kameralarına baxış keçirilibmi?
5. İdarə rəisinin “Mersedes” (“çeşka)markalı şəxsi avtomobilinin müəmmalı şəkildə satılmasının Əsgərovun xəsarət alması ilə nə kimi əlaqəsi var?

Dunyaninsesi.Az