Mingəçevir polis şöbəsinin baş müstəntiqi vətəndaşların şəxsi həyatına müdaxilə edir – VİDEOŞİKAYƏT

Əsas Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

Mingəçevir şəhər sakini Teymur Hümbətov Mingəçevir Polis şöbəsinin baş müstəntiqi Elton Kərimovdan şikayətçidir.

Saytımıza məlumat verən Teymur Hümətov bildirib ki,o,şəhər sakini Alməmmədova Şəlalə Alməmməd qızını onların ailəsinin təhqir etdiyinə,şərəf və ləyaqətini alçaltdığına görə məhkəməyə verib. Ancaq məhkəmə prosesi ərəfəsində polis şöbəsinin baş müstəntiqi Elton Kərimov bizə bu və ya digər formada təzyiqlər edir ki,Şəlalə Alməmmədovaya qarşı qaldırdığınız iddianı geri götürün.Bu zaman sual yaranır.Əgər Şəlalə Alməmmədova Elton Kərimovun qohumu və ya yaxın deyilsə,niyə müstəntiq ciddi cəhdlə onun müdafiəsini təşkil edir? Şikayətçi Teymur Hümbətovun iddiasına görə,bunun çox sadə səbəbi var.Belə ki,Şəlalə Alməmmədova Elton Kərimovun qeyri-rəsmi yaşadığı qadındır və onun dövriyyədə olan sələmə verilmiş pullarını idarə edir.Adını namaz qılan qoyan bu polis mayoru Elton Kərimov sələmə pul buraxmaqla haram pullar qazanır.Onun bu pullarını Şəlalədən başqa daha iki qadın dövr etdir və mayor Kərimov onlara “maaş” verir.Şikayətçi deyir ki,E.Kərimovun əməlləri təkcə bununla bitmir.O həm də müxtəlif inzibati və cinayət işlərində şərləmə metodlarından ustalıqla istifadə edir.Eyni zamanda müxtəlif vaxtlarda onun icratında olan işlərdəki təqsirləndirlən şəxslərdən külli miqdarda pullar alıb.Bunların içərisndə bir neçə nəfər məcburi köçkün də var. Şikayətçi Teymur Hümbətov ölkə başçısı İlham Əliyevə və Daxil İşlər naziri Vilayət Eyvazova videomüraciət edərək,polis adına ləkə gətirən mayor Elton Kərimovun təcili cəzalandırılmasını xahiş edir.
Teymur Hümbətov onu da qeyd edib ki,bir neçə gün öncə Elton Kərimov göstərişi ilə kapitan Şahin İmanov və bir neçə polis əməkdaşı ona qarşı zor tətbiq etməyə cəhd göstərib.