MİLYARDER VARDANYAN QARABAĞDA “HAKİMİYYƏTƏ” GƏTİRİLİR – Arutyunyan açıqladı

Hit QARABAĞ
Spread the love

Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı rejimin başçısı Araik Arutunyan oktyabrın 4-də açıqlama yayıb. Topluma səslənən qondarma rəhbər Ruben Vardanyana “dövlət naziri” vəzifəsi təklif etdiyini bildirib. “Dövlət naziri” işğalçı rejimdə “hökumət başçısı” sayılır.

Novator.az bildirir ki, 1968-ci ildə Ermənistanın paytaxtı Yerevanda doğulan Ruben Vardanyan Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib, İtaliya, Fransa, Böyük Britaniya, ABŞ və Sinqapurda müxtəlif proqramlar üzrə təhsil alıb, kurslar keçib.

Sərmayə sektorunda fəaliyyət göstərən iş adamı kimi tanınan Ruben Vardanyan milyarderdir.

2022-ci il sentyabrın 1-də Ruben Vardanyan Rusiya vətəndaşlığından çıxdığını, Qarabağa köçdüyünü bəyan edib. İşğalçı rejimin təhlükəsizliyi və inkişafı üzrə cəbhə yaradıldığını vurğulayan Ruben Vardanyanın müraciətinin ruhundan onun bölgədə “hakimiyyətə” iddialı olduğu görünüb.