“DunyaninSesi “ xəbər verir ki, Azərbaycanın tarixində ilk dəfə olaraq Milli Məclisin buraxılması haqqında qərar qəbul edən hazırkı millət vəkillərinin bir-çoxunun övladları və yaxın qohumları müxtəlif sahələrdə yüksək vəzifə tutmaları ilə yadda qalıb.
Yaxın günlərdə millət vəkili statusunu itirəcək deputatların yüksək vəzifələrdə işləyən övladlarının və yaxınlarının siyahısını təqdim edirik:
– Millət vəkili, AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin oğlanlarından biri – Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi, digər oğlu Səhət Həbibbəyli isə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədridir.
– Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının rəhbəri olan Səttar Möhbalıyevin oğlu və eyni zamanda da bu yaxınlarda vəzifədən azad olunan Prezidentin köməkçisi Əli Həsənovun kürəkəni – İsfəndiyar Möhbalıyev Xəzər rayonu Polis İdarəsinin rəisidir.
– Millət vəkili Aqil Abbasın oğlu – Tuncay Abbasov Suraxanı Rayon Polis İdarəsinin 30-cu bölməsinin rəisidir
– Deputat Elman Məmmədovun oğlu – polkovnik-leytenantı Elşad Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisidir.
– Millət vəkili, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımov Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədridir.
– Millət vəkili, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun oğlu – Xəlil Bayramov Xətai rayon 34-cü Polis Bölməsinin rəisidir.
– Deputat Çingiz Qənizadənin oğlu – Elgiz Qənizadə Binəqədi rayon prokurorunun müavinidir.
– Deputat Flora Qasımovanın oğlu – polis polkovniki Elsevər Mirzəyev Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəis müavinidir.
– Millət vəkili Sahib Alıyevin qardaşı – Bayram Alıyev Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisidir.
– Milli Məclisin üzvü Vahid Əhmədovun oğlu – Zəfər Əhmədov Qaradağ rayonunun prokurorudur.
– Deputat İmamverdi İsmayılovun oğlu – polis mayoru İlkin İsmayılov Sumqayıt Şəhər Yol polisinin imtahan-qeydiyyat şöbəsinin rəisidir.
– Millət vəkili Hüseynbala Mirələmovun oğlu – polis-polkovniki Fərid Mirələmov Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi olub
– Deputat Ziyad Səmədzadənin oğlu Elşad Səmədzadə Azərbaycan İqtisadçılar İttifaqının sədr müavinidir. Böyük qızı Aygün Səmədzadə tanınmış bəstəkardır. Kiçik qızı Aytən Səmədzadə isə “İqtisadiyyat” qəzetinin baş redaktorudur.
– Millət vəkili, Xalqa artisti Zeynəb Xanlarovanın oğlu Ramin Babayev Standarlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədr müavini olub.
– Millət vəkili, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev “Səbail” Futbol Klubunun Müşahidə Şurasının sədri olub.
– Millət vəkili Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov da Fövqəladə Hallar Nazirliyində müavin vəzifəsində işləyir.
– Millət vəkili, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlanlarından biri Seymur Talıbov Naxçıvan Dövlət Universitetində prorektor, digər oğlu Rza Talıbov isə Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsində çalışır.