Mikael Minasyan: “Paşinyan təslim oldu! Lənətə gələsən!”

Hit QARABAĞ
Spread the love

Bir neçə dəqiqə əvvəl keçmiş prezident Serj Sarkisyanın kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan Ermənistan baş naziri Nikol Paşinyanın erməni xalqının mənafeyinə xəyanət edərək, Qarabağ müharibəsində Ermənistanın məğlub və təslim olma aktını imzaladığını bildirib.

“İmza atdı … vaxtı çatmadı, hamıdan gizli, aldatdı. Ağlı başından çıxmış bir düşük keçmişimizi oğurladı, bu günümüzü ləkələdi, minlərlə valideynləri övladlarından məhrum etdi, qələbəmizi məhv etdi, gələcəyimizi yedi… İmza atdı… Sən və sürün lənətə gələsiniz, Nikol”, – deyə Ermənistanın Vatikandakı keçmiş səfiri Facebook səhifəsində yazıb.