MİDA-nın şübhəli tender ortağı indi də ŞUŞADAN “XORTLADI” – BU NƏDİ BELƏ?

Əsas Manşet QARABAĞ
Spread the love

Şuşa şəhərində salınacaq 23 binalı yaşayış massivinin 8 binasının inşası üzrə keçirilən açıq tender müsabiqəsinə yekun vurulub.

DİA.AZ xəbər verir ki, 9 şirkətin təqdim etdiyi təkliflər tender komissiyası üzvləri tərəfindən qiymətləndirilib və komissiyanın qərarı ilə “CONCO” QSC ilə müqavilə bağlanıb.

Şuşa şəhərinin Baş planına əsasən, aparılacaq tikinti işləri üç və beşmərtəbəli binalar olmaqla müasir materialların istifadəsi ilə baş tutacaq və Şuşa şəhərinin iqlim şəraiti nəzərə alınacaqdır. Eyni zamanda, binaların zirzəmisində avtodayanacaq imkanı da olacaq.

Yeni yaşayış kompleksinin yerdə qalan 15 binasının inşası üzrə açıq tenderin keçirilməsi yaxın zamanlarda baş tutacaq. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi təcrübəli tikinti şirkətlərini keçiriləcək növbəti tender müsabiqəsində fəal iştirak etməyə dəvət edir.

Amma görünəni odur ki, bütün bu dəvətlər simvolik və şərti xarakter daşıyır. Çünki əgər belə olmasaydı, adı yerli KİV-də kifayət qədər şübhəli məqamlarla hallandırılan “CONCO” QSC Şuşada görrünə bilməzdi.

Qeyd edək ki, “CONCO” QSC Azərbaycanda dövlət tenderlərindən böyük vəsaitlər əldə edən şirkət olaraq tanınır (VÖEN:1403054601).

Sözügedən şirkət indiyə kimi iştirak etdiyi dövlət tenderlərində 50 milyon 598 min 694 manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 12 tenderlə əldə edib – bir tenderin orta qiyməti 4 milyon manat.

«Conco» QSC-nin əsas «müştərisi» MİDA MMC olub. Şirkət 12 tenderdən 4-nü bu qurumdan udub – 33 milyon 474 min 680 manat. Bu isə ümumi tenderlərin 66 faizi deməkdir.

MİDA-nın şübhəli tender ortağı indi də ŞUŞADAN BOY GÖSTƏRDİ
MİDA-nın şübhəli tender ortağı indi də ŞUŞADAN BOY GÖSTƏRDİ
MİDA-nın şübhəli tender ortağı indi də ŞUŞADAN BOY GÖSTƏRDİ

DİA.AZ olaraq qeyd edək ki, «Conco» QSC ilə bağlı keçən günlərdə ilginc faktları təqdim etmişdik və bildirmişdik ki, araşdırmalarımız davam edir:

İndi isə yuxarıdakı faktlardan aydın olur ki, sən demə, «Conco» QSC-nin əsas qidlandırıcısı MİDA imiş…

DİA.AZ xatırladır ki, “Conco” MMC təşkilati-hüquqi forması dəyişərək iki il əvvəl QSC-yə çevrildiyini elan edib.

Bildirək ki, “Conco” QSC ilk əvvəl MMC formasında Azərbaycan tikinti sektorunda 2015-ci ilin mart ayından öz fəaliyyətinə başlayıb. Şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi İlham Şixseyidovdur. “Conco” şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, ev 81A, m. 1/2/3 ünvanında fəaliyyət göstərir.

Faktlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…