Mehriban Sadıqova istefaya göndərildi

Əsas Manşet QALMAQAL
Spread the love
Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos FMMM) rəhbəri Mehriban Sadıqova Rusiyada yaşayan azərbaycanlıların təkidli tələblərindən sonra istefa verib.
Bu barədə  Modern.az-a Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri məlumat verib.
Məlumata görə,  Mehriban Sadıqova  qurumun  fevralın 11-də çağırılan növbədənkənar toplantısında istefa verməyə məcbur olub.
Belə ki təşkilatın üzvləri tələb ediblər ki, M.Sadıqova istefa verməsə, azərbaycanlılar təşkilatı kütləvi tərk edəcək.
Onu da bildirək ki, Rusiyada, xüsusən Moskvada azərbaycanlıların birləşməsinə mane olduğu bildirilən Mehriban Sadıqovanın istefası uzun müddətdir təşkilat üzvləri tərəfindən tələb edilirdi.
Yeni sədrin seçilməsi üçün bu ilin aprelinə qurultay çağırılıb.
Məsələni dəqiqləşdirmək üçün Modern.az Diasporla iş üzrə Dövlət Komitəsinə müraciət edib.   Komitədən məlumatı təsdiqləyiblər.
P.S.Maraqlıdır,görəsən “AzərRos” u başqası “almaycaq ki”? Çünki bəzi söz-söhbətlər gəzirdi ki,Mehriban Sadıqova ilə Polad Bülbüloğlu bu qurumu satışa çıxarıb.Hətta,”yağlı” müştəriləri də var…