MDBRusiya Odessanı raket atəşinə tutdu: Yaralananlar var

HADİSƏ Hit
Spread the love

Publika.az xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleq Kiper teleqramda bildirib.

“Odessada işğalçının hücumu nəticəsində yerə düşən raket qalıqlarından bir neçə yanğın baş verib. Partlayış dalğası binaların pəncərələrini sındırıb”.

Kiperin sözlərinə görə, Rusiyanın raket hücumu nəticəsində 3 nəfər yaralanıb, onlara tibbi yardım göstərilir.

Hərbi administrasiyanın başçısı rusiyalıların şəhərə hücumlarını davam etdirdiyini vurğulayıb.

Xatırladaq ki, daha öncə Hərbi Hava Qüvvələri Rusiya Silahlı Qüvvələrinin Odessa istiqamətində hücuma keçən pilotsuz uçuş aparatları və raketləri işə saldığını bildirmişdi.

Odessa vilayətində hava həyəcanı siqnalı davam edir.