Mariupol şəhərindən təxliyənin ikinci mərhələsi başlayıb

HADİSƏ Hit
Spread the love

Ukraynanın Mariupol şəhərindən mülki sakinlərin təxliyəsinin ikinci mərhələsi başlayıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Mariupol Şəhər Şurasının sədri Petr Andryuşşenko ümum-Ukrayna telemarafonunun efirindən bildirib.

Mariupoldan insanların təxliyəsinin ikinci mərhələsi davam edir. Əvvəlcədən əldə edilmiş razılşamaya görə, Manquş, Berdyanskda insanlar öz nəqliyyatları vasitəsilə karvanlara biləşəcəklər. Bu, şərh verə biləcəyimiz yeganə məsələdir”, – o qeyd edib.

P.Andryuşşenko deyib ki, Rusiya hərbçilər istənilən an atəşə aça bilər: “Çünki atəşkəs razılaşması şərtidir. Dünən (mayın 1-də – “Report”) “Azovstal”dan təxliyə edilən insanlarla dolu avtobus atəşə tutulub”.

Vurğulanıb ki, Mariupoldan təxliyə mayın 1-dən başlayıb. Prezident Volodimir Zelenski “Azovstal”dan 100-ə yaxın insanın Ukrayna ordusunun nəzarəti altında olan əraziyə çıxarıldığını söyləyib.

Şəhər Şurasının məlumatına əsasən, mayın 2-də daha iki təxliyə karvanının Mariupoldan çıxarılması razılaşdırılıb.