
Malatyada güclü zəlzələ: bir bina dağıldı, 22 yaralı var
Türkiyənin Antalya şəhərinin Qazipaşa rayonunda və Diyarbəkir şəhərinin Hani rayonunda zəlzələ baş verib.
Dunyaninsesi.Az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, Qazipaşa rayonunda ocağı 12.44 kilometr olan zəlzələ 4.5 bal gücündə olub.
Hani rayonunda isə zəlzələ 4.2 bal gücündə baş verib. Təkanların ocağının yerin 16.81 kilometr dərinliyində yerləşdiyi bildirilir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
***
Malatya vilayətinin Yaşılyurd rayonunda da 5,3 bal gücündə zəlzələ olub.
***
Malatya vilayətində baş verən zəlzələdə 1 qəzalı bina dağılıb, 2 ağır zədələnmiş bina yana əyilib, 22 nəfər yüngül xəsarətlər alıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya məlumat verib.
Qeyd olunub ki, 22 nəfər yaralanıb.