Məşhur “Babaevski” şokoladından NARAZILIQ VAR – AQTA-ya ŞİKAYƏT OLUNDU

Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

Nə vaxta qədər ki, nəzarət zəifdir, nə vaxta qədər ki, nəzarət oqanları öz maraqlarını güdür, o vaxta qədər də ölkəmizin mağaza və dükanlarını, yeməkxanalarını və dönərxanalarını saxta məhsullar ağzına götürəcək. Bircə qalır hər şey insanların öz ümidinə. Yəni tanımadığınız, bilmədiyiniz yerdə yemək yeməməyə. Əgər bəzi istehsalçıların və satıcıların insafına qalasa, bu gedişlə belə keyfiyyətsiz məhsullarla millət bundan da betər ağır günlər yaşayacaq.
Azərbaycanlı şəxsin adını daşıyan Rusiyanın ən məşhur şokolad brendi olan “Babaevski”nin saxta olduğu iddia edilir.
Bu haqda Dünyanınsəsi.Az saytına Goranboy rayonun Xoylu kəndində yaşayan İbrahimov Tural tərəfindən videofakt göndərilib.
Belə ki, T.İbrahimov 14 mart 2023-cü il tarixdə Goranboy rayonun Dəliməmmədli şəhərində yerləşən “Tac” marketindən alış-veriş edərkən qiyməti 1.75 manata “Babaevski” şokoladı alır.Axşam ailədə azyaşlı olan körpə bu şokoladl çay içərkən onda halsızlıq,temperatur öymə-qusma halları baş verib..Sonda bu şokoladın təbii və saxta olması üçün bir parçası üzərində maraqlı eksperment də aparıblar.Sözügedən şokolad parçası alışqanla yandırılarkən adi istifadə olunan şam kimi dədiqələrlə yanaraq əriyib.Əksər mütəxəsissələr qeyd edirlər ki, digər kimiyəvi qatqısı olamyan təbii şokolad heç vaxt yanmır.


Sonda vətəndaşın narazı qaldığı “Babaevski Konditer Konserni”nin “Babaevski” adlı şokoladının tərkibinin aidiyyatı orqanlar tərəfindən araşdılmasını tələb edir.
Redaksiya olaraq inanırıq ki, sözügedən şokolad məhsulunun tərkibinin müəyyənləşdirlməsü üçün aidiyyatı üzrə Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional Bölməsi müvafiq araşdırmalar aparıb nəticəsi barədə İddiaçı şəxsə rəsmi cavab verəcəkdir.

Səsləndirilən iddia ilə bğlı maraqlı tərəflərin də möveyini dərc edə bilərik.
Vətəndaşın göndərdiyi videonu təqdim edirik:

Dünyanınsəsi.Az