
Mərhum nazirin polis oğlu xalqa qoşuldu, “Qarabağa azadlıq” şüarı dedi- VİDEO
Dünən axşam saatlarında Bakıda keçirilən orduya dəstək aksiyasında bir məqam diqqət çəkib.
Dünyanınsəsi.Az-ın xəbərinə görə, gənc polis polkovniki xalqın arasına girərək, onlarla birlikdə “Qarabağa azadlıq!” şüarı səsləndirib.
O, həmçinin bildirib ki, Azərbaycan Prezidentinin qərar verəcəyi gün polislər də torpağlarımızın azadlığı uğrunda vuruşmağa hazırdır.
Gununsesi.org həmin polis polkovnikinin kimliyini müəyyənləşdirib. Bəlli olub ki, bu şəxs Azərbaycanın mərhum Müdafiə Sənayesinin Naziri Yaqub Camalovun oğlu polis polkovniki Elşən Camalovdur.
Gununsesi.org həmin görüntüləri təqdim edir:
Dünyanınsəsi.Az