Məhkəmə Serj Sarqsyanla bağlı cinayət işini icraata götürüb

Manşet SİYASƏT
Spread the love
Yerevan Şəhər Ümumi Məhkəməsi Ermənistanın sabiq prezidenti Serj Sarqsyanla bağlı cinayət işini icraata qəbul edib.
“DunyanuinSesi” TASS-a istinadən xəbər verir ki, sabiq dövlət başçısı külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.
Xatırladaq ki, Ermənistan Xüsusi İstintaq Xidməti ötən il dekabrın 4-də Serj Sarqsyana qarşı 2013-cü ilin 25 yanvar – 7 fevral tarixlərində 489 milyon dramın (1 milyon ABŞ dolları) bir qrup vəzifəli şəxs tərəfindən israf olunmasında təşkilatçı qismində iştirak etməsi ilə bağlı ittiham irəli sürüb.