“LİMAN ŞƏHƏRİ İŞĞALÇILARDAN TAM TƏMİZLƏNDİ” – Zelenski açıqladı

HADİSƏ Hit
Spread the love

Ukrayna hərbçiləri Donetsk vilayətinin Liman şəhərini tamamilə təmizləyib. “Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

“Saat 12:30-a olan vəziyyətə görə, Liman tamamilə təmizlənib. Hərbçilərimiz, döyüşçülərimizə təşəkkürlər! Yaşasın Ukrayna!”, – dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, ötən gün Ukrayna ordusu Limanı şəhərini tamamilə mühasirəyə alaraq yaşayış məntəqəsini azad edib. Şəhər mayın 26-dan Rusiyanın nəzarəti altında olub.