Lavrov: “Moskvanın Avropa İttifaqı ilə əlaqəsi yoxdur”

DÜNYA Hit
Spread the love

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskvanın Avropa İttifaqı ilə əlaqələrinin mövcud olmadığını deyib. O qeyd edib ki, bu əlaqələr Brüssel tərəfindən məhv edilib.

Dünyanınsəsi.Az xəbər verir ki, S.Lavrov bunu çinli həmkarı Van İ ilə görüş zamanı bəyan edib.

“Bir təşkilat olaraq Avropa İttifaqı ilə münasibətlərimiz yoxdur. Bu münasibətlərin bütün infrastrukturu Brüsselin birtərəfli qərarları ilə məhv edilib”, – deyə Lavrov bildirib.

Qeyd edək ki, martın əvvəlində Lavrov Moskvanın qarşılıqlı hörmət və birgə maraqların nəzərə alınması prinsipi əsasında Avropa İttifaqı ilə konstruktiv dialoqa açıq olduğunu qeyd etmişdi.