Bakı – Qazax yolunun Kürdəmirdən keçən ərazisində zəncirvari yol qəzası baş verib. Belə ki, yolda olan sahibsiz heyvan avtomobillərə ciddi ziyan vurub.
Xia.az xəbər verir ki, Bakı-Qazax yolunun Kürdəmir ərazisindən keçən hissəsində camış heyvanı yolu keçərkən qəzaya səbəb olub. Ford markalı tranzit yük maşını camışla toqquşub. Bu zaman arxadan gələn “Mersedes – Benz” markalı maşın və digər avtomobil sürücüləri idarəetməni itirərək yol kənarına aşıblar.
YPX-dən verilən məluata görə hadisə zamanı xəsərat alan olmasada hər üç maşına ciddi ziyan dəyib.