Külək elektrik stansiyası da Azərbaycanın nəzarətinə keçdi-Kəlbəcər istiqamətində

Hit REDAKSİYA SEÇİMİ
Spread the love

Ermənistanın Geqarqunik vilayətinin sərhəd ərazisində yerləşən külək elektrik stansiyası Azərbaycanın nəzarətinə keçib.

Dünyanınsəsi.Az xəbər verir ki, bu barədə erməni hüquq müdafiəçisi Arman Tatoyan Feysbuk hesabında yazıb.

Tatoyanın bununla bağlı ona stansiyanı idarə edən şəxsin müraciət etdiyini deyib.

“200 hektarlıq ərazi hökumət tərəfindən biznesmenə 30 il müddətinə icarəyə verilmişdi. Sonradan kadastr komitəsində iş adamının torpaq sahəsi almaq hüququ qeydiyyata alınıb. 2018-ci ildə isə şirkət elektrik enerjisi istehsal etmək üçün lisenziya almışdı”, – məlumatda bildirilib.

Qeyd edilib ki, ərazi Kəlbəcərin geri qaytarılmasından sonrakı sərhəd müəyyənləşməsi zamanı Azərbaycanın nəzarətinə keçib. Azərbaycan ərazisində elektrik stansiyası tikən sahibkarın isə 5 milyon dolları batıb.