Kriminal avtoritetlər arasında atışma: Həsənovu “söhbətə” çağırdılar və döydülər

Əsas Manşet HADİSƏ
Spread the love

Yekaterinburqda keçirilən kriminal avtoritetlərin görüşü (“sxodka”) avtoritet Marsel Həsənovla münaqişə ilə yekunlaşıb.

Bu barədə “E1.RU” nəşri mənbəyə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, görüşə gələnlərin Həsənov ilə bağlı çoxlu şikayətləri var idi. Avtoriteti döyməyə başlayıblar, amma o, qaçaraq maşına minib. Sonra Həsənovun maşınına avtomatlardan atəş açıblar, lakin avtoritet qaça bilib.

 

Eyni zamanda, Daxili İşlər Nazirliyinin Sverdlovsk Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelix bildirib ki, münaqişə iştirakçıları qeydiyyatda olan travmatik tapançadan atəş açıblar. Ölən və yaralananlar olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır. Baş verənlərin şəraiti müəyyən edilir.

İlkin məlumatlara görə, münaqişə tərəflərdən birinin ağac kəsmə biznesi sahəsində maliyyə borcu ilə bağlıdır.

Qeyd olunur ki, tərəflərdən heç kim polisə müraciət etməyib, çünki o “ponyatiya”lara uyğun deyil. Amma hadisənin əsas iştirakçıları polis tərəfindən tez bir zamanda müəyyən edilib və dindirilib. Başlanmış yoxlama tədbirlərinin nəticələrinə əsasən əsaslandırılmış prosessual qərar qəbul ediləcək. Münaqişənin daha ətraflı və dəqiq şəraiti daxili işlər orqanları tərəfindən müəyyən edilir.

 

URA.RU-nun aydınlaşdırdığı kimi, Marsel Həsənov “qanuni oğru” Əhməd Şalinskinin (Dombaev) nümayəndəsidir. Dombayev çeçenlər arasında əsas “qanuni oğru” adlandırılır. Həsənov Çelyabinsk vilayətinə “baxmağa” təyin edilmişdir, lakin onun Yekaterinburqda da maraqları var idi. Marseli ilk dəfə yayda döymək istəyirdilər, lakin sonra polis müdaxilə edərək, buna imkan verməyib.

Dunyaninsesi.Az