KOÇARYAN ERMƏNİSTANI RUSİYAYA BİRLƏŞDİRMƏK İSTƏYİR? – “Daha dərin inteqrasiya”dan danışıb

Hit MÜSAHİBƏ
Spread the love

Moskvaya səfərdən qayıdan Ermənistanın sabiq prezidenti Robert Koçaryan növbəti planlarından danışıb. 

“Dünyanınsəsi.Az” xəbər verir ki, “Sputnik Armenia”-ya müsahibə verən hərbi cani siyasətə qayıtdığını bəyan edib. Növbəti dəfə Nikol Paşinyan hökumətini tənqid edən Koçaryan, Paşinyanın bir çox cəhətlərinə görə Aleksey Navalnı ilə eyni xüsusiyyətlərə malik olduğunu bildirib. Deyib ki, onların hər ikisi təcrübəsiz, həyasız olmaqla yanaşı, insanları öz yalanlarına inandırmaq istedadına malikdirlər.

Ermənistanın məğlub olduğu 44 günlük müharibə barəsində danışan Koçaryan deyib ki, əgər hakimiyyətdə özü olsaydı, müharibənin başlamasına imkan verməzdi. Bunun qarşısını ala bilməsəydi belə, bütün gücləri səfərbər edərək, Azərbaycanın irəliləməsinin qarşısını alardı.

Nəhayət, Moskvaya səfərinin heç də əbəs olmadığını biruzə verən Koçaryan bildirib ki, Rusiya ilə inteqrasiyanı dərinləşdirməyə ehtiyac var: “Ciddi inteqrasiyadan danışmaq lazımdır. Dünyanın regionlaşması gedir. Qlobal proseslər regional inteqrasiya proseslərilə əvəzlənir. Bu baxımdan Ermənistanın Rusiya ilə indikindən daha dərin əməkdaşlığı barədə düşünmək lazımdır.”

Nə qədər qəribə görünsə də, belə çıxır ki, Koçaryanın məqsədi ümumiyyətlə, dövlətçilikdən imtina edib, Ermənistanı Rusiyaya birləşdirməkdir. Çünki zatən Ermənistanın müstəqilliyindən elə bir şey qalmayıb – sərhədlərini Rusiya qoruyur, ölkənin dəmir yollarından tutmuş iqtisadiyyatının bütün digər əhəmiyətli sahələrinə, hətta qızıl mədənlərinə qədər hər şey Rusiya dövlətinin və şirkətlərinin nəzarətindədir. Ermənistan ordusunun olan-qalan silah-sursatı Rusiyanın hədiyyəsidir. Elə son Qarabağ müharibəsində də Ermənistanı Azərbaycanın əlindən Rusiya qurtardı. Bütün bunları nəzərə aldıqda, belə nəticə çıxır ki, Koçaryanın dediyi “daha dərin inteqrasiya” yalnız Ermənistanın Rusiyaya birləşdirilməsi ola bilər…

Dünyanınsəsi.Az