Köçəryan Zəngəzura gəldi və kədərlə Azərbaycan bayrağına baxdı

Əsas Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

Seçki kampaniyası dövründə keçmiş prezident və “Hayastan” blokunun lideri Robert Köçəryan Zəngəzuru (erməni versiyası – Sünik bölgəsi) ziyarət edib. Virtualaz.org bildirir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Robert Köçəryan Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Üçtərəfli Sazişdə nəzərdə tutulmuş “Zəngəzur Dəhlizi”nin keçəcəyi Meğri bölgəsindəki görüşləri zamanı  təxribat xarakterli açıqlama ilə çıxış edib – Şimal-Cənub yolunun dəyişdirilməsi təşəbbüsü və Meğri üzərindən İrana yeni dəmir yolu bağlantısının çəkilməsi. Onun sözlərinə görə, bəzi yerlərdə yol məsələsi həyati məsələyə çevrilib.

Köçəryan kədərlə qeyd edib ki, yaxınlıqdakı Azərbaycan bayraqlarını görməkdən məmnun deyil. Xatırladaq ki, Azərbaycanla Ermənistan arasındakı sərhədin bu hissəsi ayrıldıqdan sonra Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri yeni postlar tutublar.

“Başladığımız Şimal-Cənub yolunun sürətlə cənuba, buraya köçürülməsinin lazım olduğunu başa düşürük. İnşaat mərkəzdən başlanmasına təəssüflənirəm. Düşünürəm ki, Sünikdən başlamalı idi”, – Ermənistanın eks-prezidenti əlavə edib.

Köçəryan ayrıca, Şimal-Cənub proqramının bir hissəsini Meğri istiqamətinə mütləq köçürməyə çalışacağını qeyd edib.