Klimkin: “Rusiya Belarusu “udacaq”, Ukraynanı isə…”

DÜNYA Hit
Spread the love

Rusiya Ukraynanı üç tərəfdən mühasirəyə almaq istəyir.

Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın sabiq xarici işlər naziri Pavel Klimkin öz məqaləsində yazıb.

O bildirib ki, Rusiya Belarusu “udmağa” hazırlaşır. Klimkin bu günlərdə Kremldə baş tutan Vladimir Putin və Aleksandr Lukaşenko görüşündən sonra belə nəticəyə gəlib:

“Lukaşenko özü üçün nə isə “oynaya”, “bazarlıq” edə bilər. Lakin bunlar Putinin strategiyasına təsir etməz. Bu günlərdə başlayan “Qərb -2021” Rusiyanın Ukraynanı üç tərəfdən mühasirəyə almaq istəyini göstərir. Bu, mənbələrimizi səpələyəcək, ona görə də təhlükəyə qarşı yeni cavab tapmaq gərəkdir: NATO ilə həmrəylik”.