Kiyevin bərpasına 80 milyon avro lazımdır

Hit İQTİSADİYYAT
Spread the love

 

Bombalama nəticəsində zədələnmiş yaşayış binalarını və infrastrukturu bərpa etmək üçün Kiyevə təxminən 80 milyon avro lazımdır.

AzVision.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə məlumatı telemarafonunun efirində Kiyev Şəhər Dövlət Administrasiyası sədrinin birinci müavini Nikolay Povoroznik bildirib.

“Kiyevdə 400-ə yaxın obyekt, o cümlədən 200-dən çox yaşayış binası, 70-ə yaxın təhsil müəssisəsi, həmçinin xəstəxanalar, uşaq evləri və nəqliyyat infrastrukturu obyektləri zədələnib. Bütün zədələnmiş infrastrukturun bərpası üçün təxminən 70-80 milyon avro lazımdır”, – Povoroznik bildirib.

Onun sözlərinə görə, Ukrayna paytaxtının hakimiyyəti hesab edir ki, bərpa üçün vəsait ən azı üç mənbədən götürülməlidir: dövlət, şəhər və Kiyev əhalisinin normal həyata qayıtmasına kömək etməyə razılaşan donorlar.