Kiyev Krımın işğaldan azad edilməsi strategiyasını təsdiqlədi

DÜNYA Hit
Spread the love

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Milli Təhlükəsizlik və Müdafiə Şurasının Krımın işğaldan azad olunması və reinteqrasiyası strategiyasını təsdiqlədiyini açıqlayıb.

Dünyanınsəsi.info xəbər verir ki, Kuleba bu barədə öz tvitter hesabında məlumat verib. O, bunun hələ 2014-cü ildə qəbul edilməli olan tarixi bir sənəd olduğunu qeyd edib.

“Açıq xəbərdarlıq: biz dünyanı yalnız Krımı qaytarmağa kömək etməyə çağırmırıq. Ukrayna özü də Ukrayna Prezidentinin təşəbbüsü ilə ciddi və sistematik şəkildə bu işlə məşğuldur”,- deyə XİN rəhbəri bildirib.

Bundan əlavə, nazir Krımın işğaldan azad olunması və reinteqrasiyası üçün zəruri olan üç əsas istiqaməti açıqlayıb. Onun sözlərinə görə, bunlar strategiya, konsolidasiya və sinerjidir.

Dünyanınsəsi.info