“Kanal32″nin 3 yaşı tamam olur-VİDEO+FOTO

HADİSƏ Manşet
Spread the love

Regionda fəaliyyətə başlayan peşəkar media qurumu olan “Kanal32” Media Şəbəkəsinin rəsmi internet səhifəsi olan KANAL32.AZ saytının bu gün-iyulun 22-də 3 yaşı tamam olur.

Dünyanınsəsi.Az xəbər verir ki,2018-ci ildə məhz Milli Mətbuat Günündə fəaliyyətə başlayan Kanal32.az saytı  bu günə kimi ölkəmizdə və dünyada baş verən müxtəlif səpkili olayları operativ və obyektiv şəkildə oxuculara çatdırmağa çalışıb.Həmçinin, Azərbaycanın tarixi,mədəni və iqtisadi imkanlarını dünyaya tanıtmaq,Qarabağ həqiqətlərini yaymaq,eyni zamanda mənfur ermənilərlə aparılan informasiya savaşında bir qədər də irəliyə getmək üçün müəyyən addımlar atıb.

3 illik qısa fəaliyyəti dövründə Türk dünyasında qüvvədə olan hüquqi prinsiplər əsasında fəaliyyət göstərən ictimai-siyasi təşkilatlarla, QHT-lərlə, o cümlədən Azərbaycanın dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatları ilə əməkdşalıq edib. “Kanal32” Media Şəbəkəsi mütəmadi olaraq araşdırma,təhlil və analitik tipli yazıları da oxuculara təqdim edib.Ən əsası isə Azərbayacan vətəndaşının öz haqq səsini duyurmaq üçün açıq kürsü funksiyasını yerinə yetirib. Məmur özbaşınalıqlarına, rüşvət və korrupsiyaya qarşı barışmaz mövqe sərgiləyən “Kanal32” heç kimdən asılı deyil, tam müstəqil fəaliyyət göstərir.

“Kanal32”nin youtube kanalı son iki ildə bir neçə dəfə xaker hücumuna məruz qalaraq dağıdılsa da,yenidən fəaliyyətdədir.Ofisi Mingəçevirdə yerləşən “Kanal32″ Media Şəbəkəsinin təsisçisi AJB-nin üzvü,”Həsən bəy Zərdabi”mükafatı laueratı, telejurnalist İnqilab Şirinbəylidir.

Onu da qeyd edək ki,“Kanal32” vətəndaş-məmur münasibətlərinin hüquqi müstəvidə düzgün qurulması istiqamətində də davamlı iş aparır. Bunun nətəcəsi olaraq son 3 ildə müxtəlif səpkli problemləri olan 717 nəfərə üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün kömək göstərilmiş və aidiyyatı üzrə dövlət qurumları ilə əlaqələndirilmişdir.