Kadırovun anti-qazax de-marşı – 78 il əvvəl çeçenləri genosiddən məhz qazaxlar qurtarıb

Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

Çar Rusiyasından “xalqlar həbsxanası” adını miras sovet-rus dövləti (Putinin sözü ilə desək, tarixi Rusiya) SSRİ ərazisində yaşayan bütün xalqlara zülm edib.

Ən çox zülmə məruz qalanlar isə Krım tatarları, çeçenlər və inquşlar olub.

Kreml bu xalqları sözün əsl mənasında genosid siyasətinə uğradıb, yaşadıqları arealdan köklərini qazıyıb və müstəmləkəyə çevirdiyi digər respublikalara (Qazaxstan, Özbəkistan və Qırğızıstana) sürgün edib.

Çeçen və inquşların muxtariyyatı ləğv edilib, əraziləri Gürcüstan, Şimali Osetiya və Dağıstan respublikalarına verilib.

1944-cü ilin əvvəlində həyata keçirilən bu deportasiya 500 mindən çox insanı əhatə edib. Sürgün olunanların 100 mini elə didərginliyin ilk ilində şəraitsizlikdən, qida çatışmazlığından, müxtəlif xəstəliklərdən həlak olub.

555.jpg (14 KB)

Deportasiyaya səbəb kimi rəsmi olaraq çeçen və inquşların alman nasistləri ilə kütləvi əməkdaşlığı, antisovet fəaliyyəti və banditizmlə məşğul olmaları göstərilib. Ancaq bunlar havayı söhbətlərdir və bəhanədən başqa bir şey deyil.

Məsələ ondadır ki, sovet-alman müharibəsi zamanı alman faşistləri çeçenlərin və inquşların yaşadığı rayonları işğal edə bilməyiblər. Həmin yerlərdə sovet hökuməti fəaliyyət göstərib. Elədirsə, bu əməkdaşlıq harada və necə olub?

Antisovet fəaliyyətə gəlincə, ayıq-sayıq çekistlərin gecə-gündüz çalışdıqları və hər dörd nəfərdən birinin onların çuğulu olduğu bir vaxtda heç kim bu fəaliyyətlə məşğul ola bilməzdi. Belə bir şey edəni dərhal güllələləyərdilər, daha 1944-cü ili gözləməzdilər.

Banditizmə gəlincə, regionda quldurların sayı 2 min civarında olub, digər qonşu bölgələrdən olduğundan çox olmayıb. Aydın məsələdir ki, bütöv xalq banditlik edə bilməz.

Bu baxımdan çeçen və inquşların deportasiyasının əsl səbəbləri indiyədək aydın deyil.

88.jpg (361 KB)

Bir xalqın muxtariyyatının ləğv edilməsi, özünün min kilometrlərlə uzaq ərazilərə sürgün olunması kimi tarixi ədalətsizliyə 1957-ci ildə son qoyulub. Həmin il Çeşen-İnquş Muxtar Respublikası bərpa edilib. Çeçenlərə və inquşlara öz əzəli torpaqlarına qayıtmaq hüququ verilib.

Hələ 1942-ci ildə Sov. İKP MK-nın Siyasi Bürosunda çeçen və inquşların deportasiyası məsələsi qaldırılanda Molotov, Jdanov, Voznesenski və Andreyev bu işi dərhal görməyi təklif ediblər. Stalin, Voroşilov, Xruşov, Kaqanoviç, Kalinin və Beriya Şimali Qafqazın almanlardan azad olunmasını gözləməyi lazım biliblər.

Kremldə əvvəlcə çeçen və inquşları Altay diyarına, Novosibirsk və Omsk vilayətləriinə köçürmək istəyiblər, sonra fikirlərini dəyişiblər və sürgün yeri kimi Qazaxıstan və Qırğızıstanı seçiblər.

66.jpg (20 KB)

Prosesə Lavrenti Beriya rəhbərlik edib. Ən absurdu odur ki, sovet-alman cəbhəsində can qoyan minlərlə çeçen və inquş mənşəli hərbçilərin ailələri də sürgünə məruz qalıb. Onların arasında Sovet İttfaqı Qəhrəmanı adı alan 5 döyüşçünün ailəsi də olub.

Sürgün olunanlar Qazaxıstanın 16, Qırğızıstanın 5 vilayətində yerləşdirilib və əsas yük birincinin üzərinə düşüb.

Məhz qazax xalqı çeçenləri, eləcə də inquşları tamamilə məhv olmaqdan xilas edib, onlara qucaq açıb, aclıqdan qurtarıb.

Məşhur rus yazıçısı, Nobel ödüllü Aleksandr Soljenitsının “QULaq arxipelaqı” trilogiyasında çeçenlərin və qazaxların münasibətindən də bəhs olunur. Hiss olunur ki, müəllif sovet hökumətinə asi düşən çeçenlərin tərəfini tutur, onların sürücülüyə meylli olmalarını, bu peşənin onlara qazax kəndlərindən sərbəst oğurluqlar etmələrinə şərait yaratdığını “vəsf edir” və qazaxları türmədən, sürgün yerindən qaçanları gizlətməməkdə qınayır.

1655754786_8791063_1655754723_1891224tokayev.jpeg (228 KB)

Bu gün bu məsələ ona görə gündəmə gəlib ki, Çeçen respublikasının rəhbəri Ramzan Kadırov qazaxlara, Qazaxıstanın lideri Qasım-Comart Tokayevə dil uzadıb, onlara qarşı tənqidi fikirlər səsləndirib. Tokayevin günahı odur ki, Rusiya tərəfindən işğal olunan ərazilərdə qurulan “kvazi-dövlətlər”i tanımayacaqlarını bildirib. Bu Kremlin, eləcə də onun vəfalı satellitlərinin qəzəbinə səbəb olub.

İndi qazaxlar da Kadırova xatırladırlar ki, ruslar çeçenlərə qarşı genosid (deportasiya genosid aktının tərkib hissəsidir) siyasəti yeridəndə onları tamam qırılmaqdan Qazaxıstan torpağı və qazaxlar qurtarıb.

Bu tərs şillə qədər tutarlı cavabdan sonra Kadırovun və başqalarının danışmağa dili olmamalıydı.

Fəqət acı gerçəklik bundan ibarətdir ki, sovet-rus rejiminin zülmünü dadan digər xalqlardan (Krım türkləri, inquşlar, çərkəzlər) fərqli olaraq, məhz adı bütün sovet məkanında “qoçaq və mərd xalq” kimi çıxmış çeçenlərin liderləri Moskvanın qarşısında mütidirlər.  Xüsusilə də Kadırov son aylarda özünü rusların “şilləvuran”ə kimi aparır.

Dünyanınsəsi.Az