Kəlbəcərlilər nazir İnam Kərimovun kvotasından şikayətlənir

Hit QALMAQAL
Spread the love

Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas Kəlbəcərdə qoyunçuluq təsərrüfatının yerləşdirilməsi ilə bağlı məsələyə toxunub: “Kənd Təsərrüfatı Nazirliyi kvota qoyub ki, 200 baş qoyunu olmayan Kəlbəcərə gedə bilməz. Bu nə deməkdir? İnsanlar kəndinə, yurduna getmək istəyir”, deyə o vurğulayıb.

 Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə nəzərdə tutlmuş olah hərəkət azadlığı haqqında qanuna görə hər kəs Azərbaycan Respublikasının ərazisində sərbəst hərəkət edə bilər.

Belə olan halda  İnam Kərimov cənabları niyə  Konstitusiya Qanunu pozur? Hər bir dövlət qurumunun çıxarmış olduğu qərar və sərəncamlar Konstitusiya Qanununa zidd olmamalıdır.Bəyəm Kənd Təsərrüfatı Nazirliyi kvota qərarı verəndə nazirlikdə bir hüquqşunas tapılmadıki, deyə ay cənab nazir belə olmaz?

2-ci vətən müharibəsində ŞəhidQazi olmuş həmvətənlərimiz haradan 200 baş qoyun tapıb düzəltsinlər ki,onların da  mal-qoyununu sərbəst   Kəlbəcərə buraxsınlar?

Redaksiya olaraq inanırıq ki, Kənd Təsərrüfatı Naziri İnam Kərimov cənabları ədalətsiz kvotasına yenidən baxıb Kəlbəcər sakinlərinin vətən həsrətinə son qayacaqdır.

Dünyanınsəsi.Az