Kəlbəcərin Baytarlıq İdarəsinin rəisi və qardaşı Muxtar Məmmədov ATA yurdunda qurban kəsdi-VİDEO

Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

44 günlük Vətən müharibəsində qazandığımız zəfərdən dərhal sonra işğaldan azad olunan ərazilərimizdə böyük sürətlə abadlıq, tikinti işləri aparılmağa başlanılıb. Vaxtaşırı təhlükəsizlik qaydaları qorunmaqla həmin ərazilərə kiçik səfərlər təşkil olunur. Beləliklə də illərlə öz torpaqlarından, ata-baba yurdlarından didərgin düşmüş insanlar həsrətində olduqları doğma yurdlarını ziyarət edir, orada yaşadıqları uşaqlıq, gənclik xatirələrini, evlərini, doğmalarının məzarlarını axtarmağa çalışırlar.

Onlardan biri də gənc yaşında məcburən doğma yurdu Kəlbəcəri tərk edən Kəlbəcərin Baytarlıq İdarəsinin rəisi Mirzəli Məmmədovdur. Kəlbəcər sakini 28 ildən sonra ziyarət etdiyi doğma Yellicə kəndində gördüklərini “Dünyanın Səsi”nə danışıb:

“Çox çətin və sevincli hisslər idi. Gənc yaşımda tərk etdiyim yerlərin hər bir cığırını gəzirdim və gözümün önündə yaşadığım həmin dəhşətli, acılı xatirələr canlanırdı…
Bildiyiniz kimi, illərlə dünya ölkələri Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, azərbaycanlılara qarşı soyqırım törətməsinə soyuqqanlı yanaşıb, səssiz qalırdı. Lakin Prezident İlham Əliyevin uğurlu siyasəti, şücaəti nəticəsində bu miflər darmadağın edildi. Şəxsən bir Azərbaycan vətəndaşı olaraq bundan çox böyük qürur duyuram.
44 günlük Vətən müharibəsində öz torpaqlarının azadlığı uğrunda ayağa qalxan Azərbaycan xalqı öz türkçülüyünü, cəsarətini dünyaya bir daha çatdırdı, sübut etdi ki, biz əzilən xalq deyilik.Məhz bu qələbədəki dəstəyə görə qardaş Türkiyə Cumhuriyyətinin prezidenti sayn Ərdoğana öz təşəkkürmü bildirirəm.
Yellicə Kəlbəcərin ən çox ermənistanla sərhədi olan, həm də ən ucqar kəndidir. Yəni rayon mərkəzindən bizim kəndə xeyli məsafə var. Murov dağına qalxdıqca sanki gəncləşirdim, 30 yaşına geri dönən gəncə çevrilirdim.Bununla belə, Kəlbəcərə geri dönüşümün ən böyük sevincini yaşayırdım. Sanki fiziki olaraq özümü hiss etmirdim. Ruhum sanki çırpınıb dağı, daşı, o torpağı qucaqlamaq istəyirdi…

 Muxtar Məmmədov ermənilərin Kəlbəcərdə törətdikləri vandalizmdən də söz açıb:

“Kəlbəcərə gedəndə keçdiyim bütün kəndlərdə evlərin yandırıldığının şahidi oldum. Yandırılmış evlərin sadəcə daşları qalıb. Məzarlıqlarda isə ənənəvi erməni vandalizmi törədilib. Ermənilər qəbirlərin baş daşlarını söküb, qəbirlərdən kəllə sümüklərini çıxarıblar. Təsəvvür edin, sümükləri məzarlıqların kənarlarına atıblar. Bütün bunları görmək dəhşətdir. Bu onu göstərir ki, ermənilər təkcə canlı insanlardan deyil, qəbirlərdəki azərbaycanlıların cəsədlərindən də qisas almağa çalışıblar. Dünyanın heç bir yerində bu cür vəhşilik yaşanmayıb. Heç bir müharibə zamanı qəbirlərdən, orada uyuyan insanların qalıqlarından qisas alınmayıb. Əlbəttə ki, insanlığa sığmayan bu vəhşiliyi yalnız ermənilər törədə bilərdi.
Buna baxmayaraq, Kəlbəcər həm də XXI əsrdə erməni vandalizminin əyani nümunəsinə çevrilib. Ermənilər buranı tərk edərkən evləri, məktəbləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər.
Kəlbəcəri gəzdikcə sanki şəhidlərimizin ruhunun sevindiyini hiss etdim. Biz onların ruhu qarşısında baş əyirik. İndi bizim boynumuzun borcudur ki, vətənimizi yenidən abadlaşdırıb, orada yaşayaq, övladlarımız o torpaqlarda böyüsün. Çünki o torpaqlar şəhidlərimizin qanı ilə suvarılıb, azad edilib. Biz mütləq o torpaqlara qayıtmalıyıq.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam kimi, Kəlbəcər də qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı. Azərbaycan Ordusu olduqca çətin relyefə, sərt iqlimə malik olan Kəlbəcərə şəhid vermədən, bir güllə atmadan belə daxil olub”.

Kəlbəcərin tanınmış şairi Zahid Muxtarda Yellicə kəndində hərbiçiləriçizin qarşısında çıxış edib.
Kəlbəcərdə ATA yurdunu ziyarət edən tanınmış şair Zahid Muxtar Çalmalı dağının ətəklərində Başyurd yaylağında hərbiçilərimizn qarşısında 2020-ci ildə qələmə aldığı «Zəfər» şeirini də söyləyib.
Müzəffər Ordumuzun 44 günlük zəfər qələbəsinə yazılmış  “Zəfər” şeirini təqdim edirik:

İndi qüdrət meydanı, İndi hünər yeridi,

Qələbə fürsətidi şanlı zəfər yeridi,

İndi igid sərkərdə,igid əsgər yeridi

Bu cəsur sərkərdəyə,bu əsgərə eşq olsun.

*******                *******             ********

Qarabağ səmasından qara bulud dağıldı,

Xocalı qatiləri öz qanında boğuldu.

Erməni enməzliyi boş mənasız nağıldı.

Bu mifi parçalayan od əllərə eşq olsun!

*****          *******                 ********

Füzulidən başladıq qanaqan döyüşünə,

Qeyrət tarixi yazdıq .Zamanın gərdişinə,

İllərdi darıxırdıq Şuşanın görüşünə ,

Zülməti parçalayan al səhərə eşq olsun!

******          *******               *********

Polad əzimlə yardıq,Polad istehkamları ,

Bu gücə heyrət etdi dünyanın admları.

Aldıq Ağdərələri,götürdük Ağdamları,

Bu gücə,cəsərətə,bu hünərə eşq olsun!

******          *******               *********

Kəlbəcərdə,Laçında bu dağlar ulu dağlar,

Elini həsrətiydi çeşməli sulu dağlar.

Açdı doğmalarına bağlanmış yolu dağlar,

Bu böyük qayıdışa, bu zəfərə eşq olsun

******          *******               *********

Dərdindən dəli idik getdik Xüdəfərinə,

Cəbrayıl,Qubadlının kəndinə,şəhərinə.

Zəngilanın füsunkar çinar meşələrinə,

Bu sonsuz sevgi dolu əməllərə eşq olsun!

******          *******               *********

Türkiyə-Azərbaycan bir millət,iki dövlət,

Bizim qələbəmizdə onlar duydu fəxarət.

Bu qardaşlıq sarsılmaz tarixlər boyu fəqət,

Çıxıbdır sınaqlardan nəçə kərə eşq olsun!

******          *******               *********

Heyran qoydu kamalı, bütün bəşəriyyəti,

Heydər oğlu İlhamın misilsiz siyasəti.

Ətrafında birləşib yumuruq kimi milləti,

Bu xalqa,bu orduya,bu rəhbərə eşq olsun!

******          *******               *********

Qarabağda ucaldı Azərbaycan bayrağı,

Bu bayraqdan nur aldı,Azərbaycan torpağı.

Yanır yurdlarımızda Azərbaycan çırağı,

Bu şanlı qəlbəyə,bu  zəfərə eşq olsun!
Kəlbəcər ədəbi mühitinin tanınmış imzalarından biri də Zahid Muxtardır. Klassik Azərbaycan şeirinin bütün janrlarında qələmini sınayan Zahid Muxtar ədəbiyyata bir-birindən gözəl şeirlər bəxş edib. Milyonların dərdi olan yurd həsrəti, torpaq itkisi onun da ruhunu göynədir və bu göynərti şeirlərinə, yazılarına yansıyır. Buna rəğmən nəsihət xarakterli yazıları da mövcuddur. Təqdirəlayiq hal odur ki, Zahid Muxtar təkcə şəxsi yaradıcılığını inkişaf etdirməklə kifayətlənmir. Kəlbəcər ədəbi mühitinin elə bir üzvü yoxdur ki, şair onun yaradıcılığını təhlil etməsin, haqqında yazılar yazmasın. Mütəmadi olaraq istər dünyasını dəyişmiş, istərsə də həyatda olan kəlbəcərli ziyalıları- şair, yazıçı, elm adamlarını təbliğ edir. Bu böyüklük və əsl vətəndaşlıqdır. Söz aşiqliyi ilə yurd sevgisinin, vicdanla vətən oğlu olmaq məramının bariz nümunəsidi. Bu mənada Tanrı qatında, Söz ucalığında məqamı, məkanı var şairin. Eşq olsun,Zahid Muxtar!
Kəlbəcərin Baytarlıq İdarəsinin rəisi Mirzəli Məmmədov və qardaşı Muxtar Məmməıdov  ATA yurdunda əhd etdikləri qurbanı kəsiblər.Həmin mərasimi özündə əks etdirən videosüjeti təqdim edirik:

Sonda redaksiya olaraq xatırlatmaq istəyirik ki, 2-ci Qarabağ savaşı zamanı Kəlbəcərin Baytarlıq İdarəsinin rəisi Mirzəli Məmmədov özünə məxsus olan avtomobilini və 30 baş heyvanını kəsdirərək ön cəbhəyə göndərib.Həmin videomaterialı təqdim edirik:

İntiqam Nadiroğlu,

Dünyanınsəsi.Az