Kəlbəcərdə qızıl yataqların istismarına start verildi

Hit İQTİSADİYYAT
Spread the love

Biz artıq böyük qayıdışdan sonrakı mərhələdəyik. Artıq Kəlbəcər rayonu ərazisində mövcud yataqların istismarı ön plandadır.

Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev “Ekspert Saatı”nda çıxışı zamanı çıxışında deyib.

O bildirib ki, ilkin mərhələyə start verilib:

 

“Kəlbəcərdə aşkar edilən bütün yataqların ilkin olaraq qısa müddətli monitorinqinə və diaqnostikasına başlanılıb. Daha sonra orta və uzunmüddətli mərhələdə yataqların effektivlik və önəmlilik dərəcəsinə uyğun olaraq istismarı nəzərdə tutulur.

Paralel olaraq Kəlbəcər rayonunda həm yataqların istismarı, həm də axtarış kəşfiyyat işlərinin aparılması da planlaşdırılır”.