Kəlbəcərdə bədbəxt hadisə baş verib

Hit QARABAĞ
Spread the love

Kəlbəcər rayonunda traktor aşıb.

“DqnyanınSəsi” xəbər verir ki, hadisə noyabrın 18-də qeydə alınıb. Rayonun Bağlıpəyə kəndi ərazisində aparılan tikinti işlərinə cəlb olunmuş 1972-ci il təvəllüdlü Fariz Tağıyevin idarə etdiyi frontal yükləyici “ZL 50” markalı traktor aşıb. Ağır xəsarətlər alan sürücü F.Tağıyev hadisə yerində vəfat edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov saytımıza bildirib ki, faktla bağlı Kəlbəcər rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Qeyd edək ki, F.Tağıyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Abşeron Rayon Şöbəsinin üzvü olub.