“Kəlbəcərdə ən strateji yerlərin çəkilişin kasetlərini aparıb Əli Həsənovun masasının üstünə qoyduq”

Hit MÜSAHİBƏ
Spread the love
Erməni əsirliyində olan Şahbaz Quliyev müsahibəsində bir sıra dövlət sirri adlandırdığı, marağa səbəb olan məqamlar barədə danışıb:
– Bizi Kəlbəcərə baş nazirin müavini Əli Həsənov göndərmişdi. Bizə səs boğucu, avtomat və Kalaşnikov vermişdilər.
Kəlbəcərdə ən strateji yerlərin çəkilişin kasetlərini aparıb Əli Həsənovun masasının üstünə qoyduq. Sonra biz əsir düşəndə həmin o kaseti ermənilər Xankəndidə bizim özümüzə göstərdilər.
– Məni Dilqəmdən 8 gün öncə tutmuşdular. Dilqəmi tutub həbsxanaya gətirəndə ermənilərə dedi ki, mən yol göstərən o isə Dövlət adamıdır, o anda durdum ona iki yumruq vurdum, mənim ona yumruq vurmağım ona görə idi.
– Dilgəm, Qızıl Xaç Komitəsinə mənimlə eyni kamerada qalmaq istəmədiyini bildirmişdi
– Bizim əsir düşməyimizin, digər yoldaşımızın öldürülməsi Dilqəm Əsgərov günahıdır. Dilqəm Kəlbəcər mərkəzinə getməsəydi, erməni qadını ilə rastlaşmasaydı biz tutulmayacaqdıq.
– Məhkəmədə ciniyyət işi ilə bağlı sənədləri mənə vermədilər ki, tanış olam, amma Dilqəmə verdilər.
– Biz qayıtdıqdan sonra Əli Həsənov yalnız Dilqəmnən görüşdü.
Mənbə: “Xural”