DunyaninSesi Kəlbəcər rayon İcra hakimiyyətinin rəsmi saytına istinadən xəbər veriri ki,2018-ci ilin 9 ayı ərzində sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair İcra hakimiyyəti başçısının yanında Şuranın geniş iclası keçirilib.
İslasda Şura üzvləri, rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri, inzibati ərazi vahidləri üzrə nümayəndələr, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər. Hesabat məruzəsi ilə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov əvvəlcə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr barədə danışıb. Daha sonra ötən 9 ay ərzində rayonda görülmüş işlər və əldə olunmuş nəticələr barədə ətraflı məlumat verib. Sonra məruzə ətrafında çıxışlar dinlənilib. Cari və həlli vacib olan məsələlər müzakirə edilib. İclasın sonunda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov qarşıda duran vəzifələrlə yanaşı, mövcud nöqsan və çatışmazlıqların da aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlarını verib.