KƏLBƏCƏR İSTİQAMƏTİNDƏ VƏZİYYƏT GƏRGİNLƏŞİB – Müdafiə Nazirliyi AÇIQLAMA YAYDI

Hit QALMAQAL
Spread the love

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.

Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Ermənistan Müdafiə Nazirliyinin ilkin məlumatına görə, sərhəddəki atışmalar zamanı 3 erməni hərbçisi yaralanıb. Onlardan birinin durumunun  ağır olduğu bildirilir.

Son məlumatlara görə, hazırda atışma pulemyot və iriçaplı silahlardan davam edir.