KƏLBƏCƏR DÖYÜŞLƏRİNİN MÜBARİZİ…-düşmənin 90 nəfərini 3 əsgəri ilə…

Əsas Manşet QARABAĞ
Spread the love

Kəşfiyyatçı Gizir BAYRAMOV SAMİR ELXAN OĞLU 15.08.1996-cı ilde Göygöl rayon yeni Zod kendinde anadan olmuşdur.

Əslən Kəlbəcər rayonu Qılınclı kəndindəndir.
10.10.2016-cı il tarixinden Azerbaycan Respublikası Silahlı Qüvvələrində.23.07 2017-ci il tarixindən ise 172 saylı hərbi hissədə kəşfiyyatçı Gizir kimi fəaliyyətə başlamışdır.Rus ve ermeni dillərini dərindən mənimsəmişdir.
Bayram münasibəti ilə döyüş ve ictimai siyasi hazırlıqlarda qarşıya qoyulan tapşırıqları yerine yetirdiyinə və hərbi intizamda fərqləndiyinə görə fəxri fərman ilə təltif olunmuşdur.Bundan başqa hərbi hissənin yaranmasının 24 cü il dönümü münasibəti ilə doyüş və ictimai siyasi hazırlıqlarda da ferqlenme ile seçilmişdir.O qəhrəman ve sozün əsl menasında peşəkar hərb sənətini mükemmel şəkildə mənimsəmiş,həyatını Vətən,xalq üçün yaşamış igiddir.
27.09 2020ci il ikinci Qarabağ müharibəsində ən çətin marşrut üzrə kəşfiyyat qrupuna rəhbərlik edərək,3 nəfər əsgəri ilə 90 yaxın erməni məhv etmiş,yaralı olduğu halda döyüşünü davam etmiş Kəlbəcər rayonu uğurunda gedən döyüşlərdə qehramancasına şəhidlik zirvəsinə ucalmışdır.
ALLAH RƏHMƏT ELƏSİN!
Dünyanınsəsi.AZ