Jurnalist hesabat tələb edir-Nazir Muxtar Babayev açıqlama versin

Əsas Manşet ÖLKƏ
Spread the love
Göygöl nə gözəldir, necə qəşəngdir…
Bu millət öz halal təbiətin gözəlliyinə baxmaq üçün 2 manat ödəməli olur. Yığılan pulların isə hesabatını kimsə vermir. Yay mövsümüdür, gün ərzində buraya minlərlə insan üz tutur, pul alınması istidə ciyərləri qora bişirən xalqı aşkar və yavaşca soymaq deyilmi sizcə də. Toğanalı kəndindəki pulyığma postu ləğv edilməli, ETSN və Nazirlər Kabineti insanların Göygölə və ətraf göllərə ziyarətini pulsuz etməlidir!
Nə kasıbı düşünüblər, nə qaziləri, nə də digər kateqoriyalı insanları – hamıdan 2 manat xərac alırlar ki, Göygölü saxlayırıq!
Redaksiya olaraq məsələ ilə bağlı ETSN-nin və Göygöl Milli Parkının direktorunun mövqeyini dərc edə bilərik.
Osman Nərimanoğlu,
Dünyanınsəsi.Az