
“İsveç hələ də terroru dəstəkləyir” – Türkiyə XİN başçısı
“İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı hər tərəfin konkret öhdəlikləri var”.
“Report”un xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 20-də Ankarada ABŞ-ın dövlət katibi Antoni Blinkenlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Finlandiya ilə bağlı problemlər daha azdır: “İsveç hələ də terroru dəstəkləyir. Bu cür addımlar İsveçin NATO-ya üzvlüyünün qarşısını alır. İsveç istəsə, belə addımlara yol verilməsinə mane ola bilər. Hər halda İsveç bu istiqamətdə nə qədər sürətli addım atsa, Alyansa üzvlüyü də bir o qədər sürətli olar”.
M.Çavuşoğlunun sözlərinə görə, Finlandiya ilə bağlı fərqli addımlar atıla bilər.