İstanbulda qətl: azərbaycanlı Hikmət və Cabir kirayə qaldıqları evdə Rasim Qocamanı niyə vurdu…

Əsas Manşet HADİSƏ
Spread the love

İstanbulda kirayə qaldıqları evdə tanışlarını qətlə yetirən iki Azərbaycan vətəndaşı polisin keçirdiyi əməliyyatla bir gün sonra yaxalayıb.

Dunyaninsesi.Az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ötən həftənin cümə günü İstanbulun Mecidiyeköy Məhəlləsində Azərbaycan vətəndaşları Cabir R. (24 yaş) və Hikmət T. (28 yaş) Türkiyə vətəndaşı Rasim Kocamanla birlikdə gündəlik haqq ödəməklə kirayə ev tutublar. Səhər saat 07.50 radələrində üç tanış arasında pul məsələsinə görə mübahisə başlayıb. Ardınca evdən silah səsi gəlib.

Həmin binada yaşayan qonşular silah səsini eşidərək polis və təcili tibbi yardıma xəbər veriblər. Hadisə yerinə gələn polis və təcili yardım işçiləri Rasim Kocamanın boynundan vurularaq hadisə yerində həyatını itirdiyini təsbit ediblər.

 

Polis şübhəlilərdən Cabir R.-i evində yaxalayıb. Digər şübhəlini yaxalamaq üçün videomüşahidə kameralarının görüntülərini araşdırıblar və Hikmət T.-ni Kocaelinin Darıca rayonunda cinayətdə istifadə olunan silahla yaxalayıblar.

Hər iki şübhəli ilkin dindirmədə bir-birlərini günahlandırıblar və Rasim Kocamanı “səhvən öldürdüklərini” deyiblər. Araşdırma zamanı Hikmət T.-nin müxtəlif cinayətlərə adı qarışdığı təsbit edilib, Cabir R.-in isə Türkiyədə qalmaq icazəsinin, pasportunun və şəxsiyyətini təsdiq edən hər hansı digər sənədinin olmadığı üzə çıxıb. Onun üstündən ancaq doğum şəhadətnaməsi çıxıb.

Dunyaninsesi.Az