İstanbulda iranlı qadınlara dəstək aksiyası keçirilib

HADİSƏ Hit
Spread the love

İranda 22 yaşlı Məhsa Əmininin polis şöbəsindəki ölümündən sonra baş qaldıran etirazlara dəstək məqsədilə İstanbulda aksiya keçirilib.

Dünyanınsəsi.Az  Oxu.az-a istinadən məlumatına görə, Kadıköydə Eminönü-Karaköy körpüsü qarşısında toplaşan insanlar “İranda, Türkiyədə və hər yerdə qadınlara azadlıq” yazılmış pankart açıb və müxtəlif plakatlar daşıyıblar.

İstanbulda yaşayan iranlıların da iştirak etdiyi nümayişdə qadınlara azadlıq tələbləri dilə gətirilib və İran rejiminin mövcud təqibləri tənqid edilib.

Aksiya bir saat davam etdikdən sonra insidentsiz başa çatıb.