İsrailin iki F-35 qırıcısı İranın hava məkanına girib?

DÜNYA Əsas Manşet
Spread the love

Yanvarın 29-dan 30-na keçən gecə Tehranda hava hücumundan müdafiə sisteminin həyəcan siqnalının işə düşməsinin səbəbi İsrailin iki F-35 qırıcısının İranın hava məkanına girməsi ola bilər.

Dunyaninsesi.Az xəbər verir ki, belə iddia bir sıra xarici KİV-lərdə yer alıb. Rəsmi Tehran xəbərə münasibət bildirmir, amma İnqilab Keşikçiləri Korpusuna bağlı “Tasnim” agentliyi belə faktın olmadığını iddia edib.

Xəbər verildiyi kimi Tehranda son 30 ildə ilk dəfə həyacan siqnalı işə düşüb, habelə Tehran aerportu rayonunda elektrik kəsilib, İran paytaxtı üzərində bütün uçuşlar dayandırılıb. “Turkish Airlines” şirkətinin həmin dəqiqələrdə Tehrana enməli olan sərnişin təyyarəsi kursu dəyişərək Bakıya enməli olub. Şəhərdə internetin və GPS sisteminin də işinin pozulduğu bildirilir. Yerli hakimiyyət nümayəndələri baş verənlərin səbəbinin “təşkilatlardan birinin xəbərdarlıq sistemində baş vermiş xəta” olduğunu deyiblər. Təfərrüatlar isə müəmmalı qalıb.

 

Bildirilir ki, baş verənlər İsrailin İranın hava hücumundan müdafiə sistemini yoxlamaq üçün keçirdiyi əməliyyatla bağlı ola bilər. Belə ki, əvvəlcə İranın energetika sisteminə kütləvi kiberhücum olub, ardınca hava həyacanı elan edilib. Yaranmış vəziyyətdən istifadə edən iki İsrail F-35 qırıcısı İranın hava məkanına daxil olub, lakin məqsəd zərbə endirmək yox, hava hücumundan müdafiə sistemini yoxlamaq idi.

Həmin insidentdən əvvəl İsrail qırıcılarının İordaniya yaxınlığında uçuşlarının qeydə alındığı iddia edilir. “Tasnim” agentliyi isə bildirir ki, Tehranda həyacan siqnalının işə düşməsi hər hansı hava hücumu riski ilə bağlı deyildi.

Dunyaninsesi.Az