İsraildən şok savaş hazırlığı-Bayden gah İranla barışır, gah da…

DÜNYA Əsas Manşet
Spread the love

Sanksiyaları ləğv etməyəcəyini deyən ABŞ prezidenti indi İranla nüvə sazişini müzakirə etməyə hazırdır, Tel-Əviv Tehranın hücumundan narahatdır; deputat və ekspertdən rəylər: “Çəmbər daralır, ya müharibə, ya da sanksiyaların yumşaldılması…”

İsrail hökuməti çox narahatdır ki, ABŞ İranla nüvə sazişini müzakirə aparmağa hazır olduğunu açıqlayıb. Tel-Əviv bu danışıqları istəmir. “Yeni Müsavat” xəbər verir ki, Amerika dövlət katibi Toni Blinkenin 2015-ci il nüvə sazişinə qayıtmaqla bağlı İranla müzakirələr aparmağa hazır olduqlarını söyləməsi yəhudi dövlətinin ürəyincə olmayıb.

Baş nazir Binyamin Netanyahunun ofisi bəyan edib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almağa sadiq qalırıq. Çünki İsrail köhnə nüvə razılaşmasına qayıtmağı İranın nüvə arsenalına gedən yolu açacağına inanır.

İran problemi Netanyahu ilə Obama rəhbərliyi arasında olduğu kimi, indi də Bayden administrasiyası arasında əsas sürtüşmə nöqtəsidir.

Halbuki bir müddət əvvəl Bayden İranın əleyhinə sanksiyaların qaldırılmayacağını anons etmişdi.

İndi Ağ Ev rəhbərliyinin İrana doğru addım atmaq niyyəti həm İsrailin qəlbinə xal salır, həm də ikitirəlik yaradır – axı Vaşinqtonun planı nədir, sanksiyalara davam, yoxsa nüvə sazişi danışıqlarına dönüş?!

Avropa İttifaqının yüksək səviyyəli xarici siyasət rəsmisi Enrike Mora da təklif edib ki, İran və nüvə sazişini imzalayan 6 dünya gücü diplomatlarının qeyri-rəsmi görüşü keçirilsin.

ABŞ Dövlət Departamenti Ermənistanı işğalçı adlandırdı

Dəqiqələr sonra Dövlət Departamenti ABŞ-ın belə bir görüşdə iştirak etməyə hazır olduğunu bildirən açıqlama yayıb.

ABŞ İranla əlaqəli bir başqa addım da atıb: Amerikanın BMT-dəki müvəqqəti nümayəndəsi Təhlükəsizlik Şurası üzvlərinə ünvanlanan, Tramp administrasiyasının BMT-ni İrana qarşı sanksiyalarını qüvvəyə mindirmək səylərindən vaz keçən bir məktub təqdim edib.

ABŞ-ın BMT-dəki nümayəndəliyi İran nümayəndəliyini məlumatlandırıb ki, Tramp administrasiyasının ABŞ-dakı İran diplomatlarına tətbiq etdiyi bütün səyahət məhdudiyyətləri qaldırılacaq.

Bundan sonra nə olacaq: fevralın 23-də İranın nüvə silahının yayılmaması müqaviləsinin “əlavə protokolundan” çıxması gözlənilir.

Bu, İranın BMT müfəttişləri ilə işbirliyini azaldıb, nüvə sahələrinə gözlənilməz yoxlamalar imkanlarını dayandıracaq. Mütəxəssislər bunu ən zərərli addım sayırlar.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev “Yeni Müsavat”a bildirdi ki, bu günə qədər Bayden administrasiyasınn İranla bağlı ikili fikirlərə yol verməsi səbəbsiz deyildi.  Onun sözlərinə görə, Bayden hökuməti Amerika-İran danışıqlarında nə baş verdiyi, hansı öhdəliklər götürüldüyü haqda məlumatlı deyildilər.

Razi Nurullayev vəd etdiyi adları çəkdi: Rövnəq Abdullayev, Cahangir  Əsgərov...

Razi Nurullayev

R.Nurullayev hesab edir ki, Bayden keçmiş prezident Trampın İranla danışıqlarından xəbərsiz olub: “İndi onlar müəyyən məlumatları araşdırandan sonra sanksiyaları yumşalda, 2015-ci il danışıqlar dövrünə qayıda bilərlər. Çünki indi gizli məlumatlara çıxışları var, öyrənib bitirdilər, bu qərarı verdilər. Hesab edirəm ki, bundan sonra ABŞ-ın İranla bağlı mövqeyində ikili fikir olmayacaq”.

Azerforum.com - Baydenin Qafqaz siyasəti necə olacaq - ekspertlərdən fərqli  fikirlər

Ekspert Züriyə Qarayevanın sözlərinə görə, İsrail hökuməti İranın gözlənilən hücumlarına qarşı çox ciddi  hazırlaşır: “Bu barədə İsrail televiziyası xəbər yayıb. Yüksək rütbəli ordu nümayəndələri söyləyir ki, İranın bir neçə hücum variantlarına cavablar nəzərdən keçirilir. Bu variantlar arasında İranın dəstəklədiyi İraq və Yəmən döyüşçülərinin hücumları variantı önə çəkilir. Bu narahatlığın isə səbəbi Baydenin İranla bağlı tez-tez dəyişən bəyanatlarıdır.

MOSSAD-ın əldə etdiyi məlumata görə, ABŞ nümayəndəsi ilə İran xüsusi xidmət generalı arasında Türkiyədə gizli görüş olub. Amerika tərəfi bu ölkədə saxlanılan amerikalılar, nüvə başlıqlarının uranla zənginləşdirilməsi perspektivləri, Hörmüz boğasındakı gərginliklər, ən əsas məsələ olan sanksiyaların yumşaldılması barədə ABŞ Dövlət Departamentinin mövqeyini İrana ötürüb. Yəni əslində İranın İsrailə hücum etmək niyyəti yoxdur. Sadəcə, ABŞ-ın İran tərəfinə öz şərtlərini Türkiyə vasitəsilə ötürməsi, Pentaqonun İrana zərbələr etdirməyə hazırlaşdığını bildirir”.

Z.Qarayevanın fikrincə, İranın Amerikanın hərbi zərbələrinə cavab olaraq, İraqda, Livanda və Yəməndə dəstək verdikləri döyüşçülərə İsrailə qarşı hücum əmri verəcəyi gün kimi aydındır: “Baş nazir Binyamin Netanyahunun son bir həftədə Səudiyyə Ərəbistanı kralı Məhəmməd Salmanla iki dəfə görüşərək müzakirələr aparması da İsrailin mümkün İran hücumlarından müdafiə hazırlığı kimi başa düşülməlidir.

Düşünürəm ki, hər şeyin qəti mövqeyə malik olmadığını ilk aydan büruzə verən Baydenin, İran tərəfinə gizli ötürülən şərtlərə Tehranın nə cavab verəcəyi reaksiyasından asılıdır. Çəmbər getdikcə daralır, ya müharibə, ya da sanksiyaların yumşaldılması…”

Qeyd edək ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif twitter hesabında İsrail haqda yazıb. XİN rəhbəri deyib ki, ABŞ və Avropa liderləri Təl-Əvivin nüvə silahı proqramına qarşı səssiz qalır.

“İsrail bölgədəki yeganə nüvə stansiyası olan ”Dimona”nı inkişaf etdirir. Son dərəcə narahatsınızmı? Azacıq narahatsınız? Məsələ ilə bağlı açıqlama vermək istəyirsiniz?” – Zərif bildirib.

Yada salaq ki, İsrailin “Dimona” nüvə stansiyasını inkişaf etdirməsi ilə bağlı peyk görüntüləri yayımlanıb.

Dünyanınsəsi.Az