İsrail Qəzzada “quru əməliyyatı” üçün plan hazırlayır

DÜNYA Hit
Spread the love

İsrail hərbçiləri Qəzza zolağında quruda əməliyyat aparmaq üçün variantlar hazırlayırlar.

“The Jerusalem Post” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi Hiday Zilberman məlumat verib.

O bildirib ki, hazırda Qəzzada quru əməliyyatlar da daxil olmaqla bütün mümkün hərəkət variantları gündəmdədir. Həmçinin, sektorun sərhədlərinə bir neçə briqada – paraşütçülər, piyadalar və zirehli birləşmələr yerləşdirilib.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin mətbuat katibi Yonatan Konrikus eskalasiyanın başlanğıcından bəri Qəzza zolağından İsrail ərazisinə ən az 1600 raket atıldığını bildirib.