İsrail ordusu Suriyaya hücum etdi: ÖLƏNLƏR VAR

HADİSƏ Hit
Spread the love

İsrail ordusu Suriya ərazisindəki İran qüvvələrinə, həmçinin Suriya hərbçilərinə zərbələr endirib.

Dünyanınsəsi.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

İsrail ordusunun Tvitter hesabında Qüds briqadasının Dəməşqdə yerləşən birləşməsinə zərbələr endirildiyi bildirilib.

Suriyanın SANA dövlət agentliyi hərbi mənbəyə istinadən İsrailin Suriya ərazisinə raket hücumları nəticəsində üç nəfərin öldüyünü yazıb.