İsrailə BÖYÜK ŞOK! Türkiyə hər an bu addımı ata bilər

Hit MÜSAHİBƏ
Spread the love

Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, Türkiyə İsraillə diplomatik əlaqələri kəsməyi düşünür.

Dunyaninsesi.Az  xəbər verir ki, o bu fikirləri Əl-Cəzirə telekanalına müsahibəsində səsləndirib.

Hakan Fidanın sözlərinə, bu cür qərar kollektiv xarakter daşımalıdır:

“Türkiyə İsraillə münasibətləri kəsmək məsələsini nəzərdən keçirir. Lakin biz hesab edirik ki, bu, digər müsəlman ölkələrinin də iştirakı ilə kollektiv qərar olmalıdır”.

O əlavə edib ki, Türkiyə ABŞ-ın İsraili tam dəstəkləməsini qəbul etmir və rəsmi Ankara atəşkəs əldə olunana qədər Qəzza zolağında müharibədən sonrakı vəziyyət barədə danışıqlardan imtina edir.

Dunyaninsesi.Az