İslamı qəbul etmiş rus xanım onu “milli xəyanət”də suçlayanlara cavab verdi…-VİDEO

HADİSƏ Hit
Spread the love
“İslam milli məhdudiyyətləri olmayan bir dindir…”
Yenicə müsəlman olaraq  adını Əminə qoyan rus milliyyətinə mənsub qadın “TikTok”dakı səhifəsində İslamı qəbul etməklə əlaqəli əsas yanlış  stereotipləri sadalayıb.
Moderator.az bu haqda rusdilli İslam saytlarına istinadla xəbər verir.
“O, rus millətinə xəyanət etdi”, “bir ruh mühaciridir”, “xalqını ərəb dininə dəyişdirdi” – Əminənin sözlərinə görə,  bunlar cahillərin ona qarşı  əsas ittihamlarıdır.
Belə mənasız iddialara cavab olaraq o, əsl rus qadınlarının ayrılmaz bir atributu kimi saçlarını gizlədən bir hicab olan ənənəvi milli geyimdə illüstrasiyalarını təqdim edib.  “Mən həqiqətən bir rus milli qiyafəsi geyinmişəm”- deyə Əminə vurğulayıb.
“İslam milli məhdudiyyətləri olmayan bir dindir”- yenicə iman gətirmiş   müsəlman qadın buna da əmindir.

 

Sultan Laçın