İSA HƏBİBBƏYLİ OĞLUNUN SAXLANILMASINDAN DANIŞDI – ”Bilmirəm ki, haradadır…”

Hit MÜSAHİBƏ
Spread the love

Mənim oğlumla, Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur. Hesab edirəm ki, övladla bağlı ataya sual verməyin özü etikaya sığmır”.

“Dünyanınsəsi.Az” xəbər verir ki, bunu “gununsesi.info”-nun Naxçıvan Muxtar Respublikasının Gömrük Xidmətinin rəisi Səhət Həbibbəylinin saxlanması barədə xəbərlərə dair sorğusuna cavabında onun AMEA prezidenti olan atası İsa Həbibbəyli deyib.

“Oğlunuz haradadır, ondan xəbəriniz varmı” sualına isə İsa Həbibbəyli cavab verməyib.

Bilmirəm ki, haradadır, xəbərim də yoxdur” deyərək, telefonun dəstəyini asıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında anti-korrupsiya əməliyyatları başlayıb. Muxtar Respublikanın gömrük və digər maliyyə qurumlarında rəhbər vəzifələrdə çalışan bir neçə şəxs həbs edilib.

“Dünyanınsəsi.Az”