
İranda pop müğənnisi Emir Mekare saxlanılıb
“Makan Bend” pop musiqi qrupunun üzvü Emir Mekare İranda saxlanılıb. Mekarenin saxlanma səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Tasnim Xəbər Agentliyi Mekarenin Tehrandakı Evin Prokurorluğu tərəfindən çağırılaraq nəzarətə alındığını açıqlayıb.
Mekarenin saxlanma səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
2016-cı ildə Emir Mekare, Reham Hadiyan və Emirmilad Nikzad tərəfindən yaradılan “Makan Bend” pop musiqi qrupu 2017-ci ildə Tehranda keçirilən musiqi festivalında “Yek Lahza Nigah Kon” (Bir Bak) mahnısı ilə birinci yerə layiq görülüb.
Dünyanınsəsi.Az