İranda etirazların yeni dalğası – Tonqallar qalanır, yollar bağlanır…

Əsas Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

İranda Tehranın Evin həbsxanasında edam edilmiş Məhəmməd Hüseyni və Məhəmməd Mehdi Kəriminin 40 mərasimlərinin ardınca başlayan etiraz nümayişlərində ölkədəki rejimin dəyişdirilməsinə çağırışlar edilib.

Sosial media şəbəkələrində dərc olunmuş videolarda Tehranın bir neçə məhəlləsində toplaşan insanların “Biz sonadək dayanacağıq!” və “Diktatora ölüm!” şüarları səsləndirdikləri görünür.

Etirazçılar “diktator” deyəndə bir qayda olaraq İranın ali rəhbəri ayətüllah Əli Xameneyini nəzərdə tuturlar.

39 yaşlı Hüseyni ötən noyabrda başqa bir etirazçının qırxı günü aksiya ilə qeyd edilərkən İran hərbiləşdirilmiş “Bəsic” birləşməsinin bir üzvünü qətlə yetirməkdə ittiham olunaraq ən yüksək cəzaya məhkum edilmişdi. 22 yaşlı kürd əsilli iranlı Kərimi isə Kərəc şəhəində keçirilən etiraz aksiyasında Bəsic üzvünün qətlində ittiham olunmuşdu. Hüseyni və Kərimi yanvarın 7-də Evin həbsxanasında edam ediliblər.

Son həftələrdə İran etirazçıları öldürülmüş yoldaşlarının 40-ı mərasimlərini antihökumət aksiyalarına çevirmək taktikasından istifadə edirlər. Əslində bu taktikadan 1979-cu ildə şahı devirmiş İslam inqilabı zamanı da istifadə olunmuşdu.

İranın qərbindəki Sənandəc şəhərində nümayişçilərin tonqallar qalamaqla yolları bağlamaları haqqında xəbərlər gəlir.

Dunyaninsesi.Az