“İran Azərbaycana əzələ nümayiş etdirir” – NƏ BAŞ VERİR?

Hit MÜSAHİBƏ
Spread the love

Bu günlərdə İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) Azərbaycan ilə sərhəddə irimiqyaslı hərbi təlim keçirməyi planlaşdırır. Bu haqda SEPAH-ın Quru Qoşunlarının komandanı briqada generalı Məhəmməd Pakpur məlumat verib. Onun sözlərinə görə, təlim hərbi manevr təqvimə uyğun olaraq döyüş hazırlığının artırılması və yoxlanılması məqsədilə keçirilir.

Dunyaninsesi.Az-ın  məlumatına görə, politoloq Azər Rəşidoğlu məsələ ilə bağlı “Sherg.az”a danışarkən bildirib ki, İran bununla bir növ Azərbaycana əzələ nümayiş etdirir:

“Ölkəmizin Qərbə açıq olması, Avro-Atlantika məkanına inteqrasiyası rəsmi İrəvanda qıcıq oyadır. İran istəmir ki, onunla sərhəddə Türkiyə və ya NATO-nun qoşunları olsun. Bu baxımdan Azərbaycanla sərhəddə hərbi təlimlərə başlamaqla buranın öz nəzarətində olduğunu göstərməyə çalışır. Zaman-zaman belə addımlar atsa da, heç nəyə nail ola bilməyəcək ”